Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:50

-

The Landmark Hotel Baku Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinə “Vətəndaş cəmiyyətinin vəziyyəti: dəyişikliklər üçün nə etməli?” mövzusunda forum keçirməyə yer verməyib.

Forumun təşkilatçılarından Mehman Əliyevin bildirməsinə görə, kompleksin meneceri ona deyib ki, rəhbərlik müstəsna olaraq mədəniyyət xarakterli tədbirlər keçirilməsi üçün yer vermək qərarı qəbul edib. O, bunu Azərbaycan QHT və KİV nümayəndələrinin toplantısının hansı məsələ ilə bağlı keçirildiyini öyrəndikdən sonra bildirib.

Əvvəllər Landmark digər otellərdən və biznes mərkəzlərindən fərqli olaraq bu cür tədbirlərin keçirilməsi üçün yer verirdi.

Son iki ildə bütün otellər və biznes mərkəzləri müstəqil QHT və KİV-ə tədbir keçirilməsi üçün qapılarını bağlayıb. Bu qəbildən olan kommersiya müəssisələrinin toplaşmaq azadlığına senzura tətbiq etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG