Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

-

2016-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirlər hissəsində neft-qazın payı 1 milyard 991 milyon manat və ya 54 faiz olub. Neftin qiyməti 100-110 dollar aralığında olduğunda bu göstərici 72-73 faiz təşkil edirdi.

Bu haqda Turan Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu ilin yanvar-martında dövlət büdcəsinin gəlirləri ümumilikdə 3 milyard 678 milyon manat, xərclərsə 2 milyard 623 milyon manat (73 faiz) olub. Neft Fondundan transfertlər 1 milyard 660 milyon manat təşkil edib. Dövlət büdcəsinin gəlirlərində NF-nin payı 45 faizdir.

Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə mədaxil 1 milyard 542 milyon olub. Bunun 331 milyon manatı neft sektorun payına düşür . Gömrük Komitəsinin xətti ilə isə büdcəyə 416 milyon manat daxil olub.

2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon, xərcləri 18 milyard 495 milyon manatdır. Kəsir isə 1 milyard 673 milyon manat proqnozlaşdırılıb. Büdcədə neftin bareli 25 dollardan götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG