Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:08

Türkmənistanda tapılan meyit kim olub?


«Günəşli» yatağında yanğın
«Günəşli» yatağında yanğın

-

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılan cəsədin «28 May» Neft və Qazçıxarma İdarəsinin 10 saylı dərin dəniz özülünün çilingəri Edik Rzaxanova məxsus olduğu müəyyən edilib.

Bu haqda SOCAR-ın saytı xəbər verir. Xəbərdə bunun DNT analizləri nəticəsində müəyyən olunduğu bildirilir.

«O, dekabrın 4-də təbii fəlakət nəticəsində «Günəşli» yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbir diləyirik», - SOCAR-ın saytı qeyd edir.

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində meyit tapılmışdı. Onun «Günəşli» yatağı və 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilirdi.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Bu zaman 64 neftçidən 34-ü xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb. Qalan neftçilər, hələ də, itkin düşmüş sayılır və cəsədləri tapılmayıb. Bununla həmin itkin neftçilərdən birinin taleyinə aydınlıq gətirilib.

XS
SM
MD
LG