Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:36

Büdcə kəsiri ÜDM-nin 4 faizindən çox olacaq


Dünya Bankı
Dünya Bankı

-

«Azərbaycanda bank aktivlərinin portfeli zəifləyib, problemli kreditlərin həcmi kəskin artıb. Neft Fondunun aktivləri 33.5 milyard dollar müəyyən edilib. Halbuki ilin əvvəlində bu rəqəm 37 milyard olub».

Bu haqda Dünya Bankının aprel ayında yenilədiyi «ECA Economic Update: The impact of China on Europe and Central Asia» hesabatında deyilir. Hesabata görə, Azərbaycanda ötən ilin fevralında həyata keçirilən milli valyutanın ilk devalvasiyasından sonra dollarlaşmanın səviyyəsi artıb. Bu proses 2015-ci il boyunca davam edib.

«Report»un xəbərinə görə, hesabatda bildirilir ki, aşağı neft qiymətləri iqtisadi problemləri və inflyasiyanı şərtləndirən əsas amildir.

«Neft qiymətlərinin mərhələli şəkildə bərpası ölkənin iqtisadi artımının 2017-ci ildə yüksəlməyə başlamasına və 2018-ci ildə 1.3 faiz olmasına gətirib çıxaracaq. Konsolidasiya edilmiş büdcənin kəsiri Ümumi Daxili Məhsulun (ÜDM) 14 faizinə qədər artacaq. Sosialyönümlü xərclər ÜDM-in 4, Cənub Qaz Dəhlizini də özündə birləşdirən inşaat xərcləri isə 4.25 faizini təşkil edir. Bu ilsə cari büdcə kəsirinin genişlənərək ÜDM-in 4.7 faizinə çatacağı proqnozlaşdırılır», - deyə hesabatda vurğulanır.

XS
SM
MD
LG