Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:40

Keçmiş İran səfiri Moskvanı günahlandırır


Afshar Soleimani
Afshar Soleimani

-

«Türkiyəyə qarşı istifadə etmək üçün Rusiya PKK terrorçularını və Suriya ermənilərini Dağlıq Qarabağa yerləşdirir».

ANSPRESS-in xəbərinə görə, bu iddianı İranın Azərbaycanda sabiq səfiri Afshar Soleimani dilə gətirib.

Diplomat Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Azərbaycan və Ermənistan arasında baş vermiş son gərginliyi də şərh edib: «Ankara ilə Moskva arasında başlayan gərginlikdən sonra Rusiya Türkiyəyə qarşı «erməni«kartı»ndan istifadə edir. Rusiya Suriya ermənilərini və PKK ilə əlaqəli bəzi şəxsləri Dağlıq Qarabağa yerləşdirərək onlardan Türkiyəyə qarşı istifadə etmək istəyir».

A.Soleimani-nin fikrincə, Azərbaycanla Ermənistan arasındakı gərginliyi də Rusiya yaradıb: «Rusiya Azərbaycanın Qərbə yönəlmə prosesinin güclənməsinin qarşısını almaq istəyir. Azərbaycanı rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlara daxil etmək, Türkiyənin Cənubi Qafqazdakı nüfuzunu önləmək üçün Ermənistandan istifadə edir».

A.Soleimani daha sonra Rusiya prezidenti Putin-in üzərində dayanır: «Putin bu həmlə ilə Bakı-Ankara yaxınlaşmasının qarşısını almaq istəyir. Azərbaycana isə Avrasiya İqtisadi Birliyinə girəcəyi təqdirdə erməni işğalı altında olan bir çox bölgənin azad edilə biləcəyi mesajını verir».

XS
SM
MD
LG