Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:19

Nazirlərin üçtərəfli görüşü başa çatıb


Mohammad Javad Zarif, Elmar Məmmədyarov və Sergei Lavrov.
Mohammad Javad Zarif, Elmar Məmmədyarov və Sergei Lavrov.

-

Aprelin 7-də Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC-ın xəbərin görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, bu formatda keçirilən görüşlər ikitərəfli və üçtərəfli əsasda münasibətlərin daha da inkişafına təkan verir. O, xüsusilə «Şimal-Cənub» layihəsinin inkişafı, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin genişlənməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Elmar Məmmədyarov, eyni zamanda, həmkarlarını son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı məlumatlandırıb. Qeyd edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə qoşunların təmas xəttində təxribatlar törədir. Dinc əhalini hədəfə almaqla vəziyyəti gərginləşməyə, münaqişənin siyasi yolla həllini çətinləşdirməyə çalışır.

Nazir qeyd edib ki, danışıqlar konstruktiv məcrada davam etdirilməlidir. Ermənistan tərəfi də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır.

Elmar Məmmədyarovun deməsinə görə, münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür.

XS
SM
MD
LG