Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Qarabağ məsələsi İƏT-in sammitində


İslam Əməkdaşlıq Təşkilatının toplantısı
İslam Əməkdaşlıq Təşkilatının toplantısı

-

Aprelin 10-dan 15-nə kimi İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü sammiti keçiriləcək.

Təşkilatın saytı xəbər verir ki, sammitdə «Ədalət, sülh üçün birlik və həmrəylik» mövzusu müzakirə ediləcək.

Tədbirdə bir sıra müsəlman ölkələrindəki durum və o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi deyilir. Sammitin yekunu olaraq İstanbul bəyannaməsinin imzalanacağı nəzərdə tutulub.

Üzv olan dövlətlərin birinci xanımları sammit çərçivəsində «İƏT-ə üzv dövlətlərdə xərçəng xəstəliyinə qarşı mübarizədə birinci xanımların liderliyi» mövzusunda xüsusi iclas keçirməyi də planlaşdırırlar.

Bu təşkilat əvvəlcə İslam Konfransı Təşkilatı (İKT) adlanıb. Əsası 1969-cu ildə Mərakeşdə qoyulub. 60-a yaxın islam ölkəsini sıralarında birləşdirir. 1975-ci ildən BMT ilə sıx münasibətlərdədir. 2011-ci ildə Astana sammitində qurumun adı İslam Əməkdaşlığı Təşkilatı (İƏT) kimi təsdiq edilib.

XS
SM
MD
LG