Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:13

V.Dərgahlı: «Ordu gücünü sübut etdi»


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

-

«Ordumuz bu gün ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin və dövlətimizin qayğısı ilə hərtərəfli əhatə olunub».

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

O qeyd edib ki, Azərbaycan ordusu ən müasir standartlara tam cavab verir: «Son döyüşlərdə tətbiq edilən vasitələr hərbi potensialın cüzi bir hissəsidir. Əgər erməni tərəf təxribatları davam etdirərsə, işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox «sürprizlər» gözləyəcək. Ordu arsenalındakı döyüş texnikası, silah və sursatlar imkan verir ki, onları daha dəqiq, dağıdıcı gücə malik vasitələrlə sülhə məcbur edək. Torpaqların azad olunmasını təmin edək».

V.Dərgahlının deməsinə görə, Azərbaycan Silahlı Qüvvələri və xalqda böyük ruh yüksəkliyi var: «Qələbə əzmi yüksək səviyyədədir. Biz istənilən təxribatlara layiqli cavab verməklə bu haqq işində torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq»,-deyə V.Dərgahlı bildirib.

XS
SM
MD
LG