Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

-

Avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin qəzadan icbari sığortalanmasına daha Nəqliyyat Nazirliyi nəzarət etməyəcək. Prezident İlham Əliyev aprelin 6-da bununla bağlı fərman imzalayıb.

Həmin fərmanla Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilib. Dəyişikliyə görə, əsasnamənin 9.34-1-ci bəndi ləğv edilib.

Ötən ildən etibarən Nəqliyyat nazirliyinin bir sıra səlahiyyətləri alınaraq müxtəlif qurumlara verilib.

Onlardan xüsusilə ötən ilin sentyabrın 12-də prezidentin imzaladığı fərman daha çox yadda qalıb. Həmin fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) və “fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyindən alınıb. Bu səlahiyyət ASAN Xidmətə verilib. Bundan başqa nazirliyin bir sıra səlahiyyətləri də Dövlət Yol Polisinə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG