Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:50

-

“Prezident İlham Əliyevin əmrinə əsasən və Azərbaycan xalqının sülhsevərliyini nəzərə alaraq hərbi əməliyyatları dayandırdıq. Amma ələ edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs rejimi yenə də pozulmaqdadır”.

Müdafiə naziri Zakir Həsənov aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə belə deyib.

Nazirliyin mətbuat xidməti bildirir ki, görüşdə təmas xəttində baş verən son hadisələrlə bağlı vəziyyət müzakirə edilib.

Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını bildirən nazir həmsədrlərin diqqətinə çatdırıb ki, baş vermiş son hadisələrdə Azərbaycan tərəfinin məqsədi yaxın kəndlərin atəşə tutulmasının qarşısını almaq və atəş nöqtələrinin məhv edilməsi olub.

Nazir həmsədrlərin diqqətinə çatdırıb ki, münaqişənin tezliklə nizamlanmasının yeganə çıxış yolu torpaqların işğaldan azad edilməsidir.

Tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışladıqlarını bəyan edən həmsədrlər isə bildiriblər ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqlar daha intensiv olmalı və münaqişənin tezliklə həlli istiqamətində mühüm addımlar atılmalıdır.

Həmsədrlər bundan əvvəl isə prezident və xarici işlər naziri ilə görüşmüşdülər.

Günün bütün mövzuları

XS
SM
MD
LG