Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:15

-

“Bakı Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır, amma bunu daha 20 il gözləmək niyyətində deyil”.

Bunu Türkiyənin Anadolu agentliyinə Azərbaycanın ATƏT-də daimi nümayəndəsi Qalib İsrafilov bildirib.

ATƏT-in Vyanadakı Daimi Şurasının Qarabağ münaqişəsinin də müzakirə olunduğu iclasından sonra İsrafilov xatırladıb ki, Azərbaycan ərazisinin bir hissəsi hələ də Ermənistanın işğalı altındadır.

“Ermənistanın hələ də şansı var. Biz danışıqların tərəfdarıyıq. ATƏT çərçivəsində qəbul edilmiş bütün qərarlar danışıqlar yolu ilə həyata keçirilə bilər” - deyə səfir bildirib.

Q.İsrafilovun sözlərinə görə, problemin əvvəlcə Azərbaycanın işğal edilmiş beş rayonunun azad edilməsi, qaçqınların doğma yurdlarınadönməsi və işğal edilmiş ərazilərin qaytarılmasını nəzərdə tutan mərhələli həlli mümkündür.

ATƏT-in Minsk Qrupunun tənzimlənmə məsələsində daha fəal olmasını istəyən Q.İsrafilov həmçinin, Türkiyəyə Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə təşəkkür edib.

Aprelin 5-də ATƏT-in Vyanadakı Daimi Şurasının toplantısında Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması müzakirə edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG