Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58

-

“Biz prezident, xarici işlər naziri və müdafiə naziri ilə görüşdük. Həm hərbi, həm də mülki vətəndaşların ölümü ilə bağlı başsağlığı verdik”.

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik aprelin 6-da jurnalistlərə deyib.

APA-nın xəbərinə görə, həmsədr atəşin dayandırılmasının vacibliyini vurğulayıb.

“Bakıya belə mesaj gətirdik ki, danışıqlarda irəliləyişə nail olmaq və itkilərin baş verməməsi üçün atəş dərhal dayandırılmalıdır” - deyən amerikalı həmsədri deyib ki, keçirdikləri görüşlərdə danışıqların bərpa olunması və münaqişənin davamlı həllinin vacibliyini vurğulayıblar.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycana gəliblər. Onlar Azərbaycandan da Ermənistana getməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG