Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

-

İran sərhəd xidmətinin rəhbəri: Ermənistandan “qeyri-ixtiyari olaraq” İran sərhədinə bir neçə minaatan mərmisi düşüb

İran sərhəd xidmətinin rəhbəri Qasım Rezai bildirib ki, onun ölkəsinin Ermənistan və Azərbaycanla ortaq sərhədlərində yerləşən rayonlarda təhlükəsizlik pozulub.

Turan-ın xəbərinə görə, bu barədə o, İran-Azərbaycan sərhəd rayonlarına səfəri zamanı bildirib.

“Son bir neçə gündə Bakı və Yerevan arasında münaqişə zamanı Ermənistandan “qeyri-ixtiyari olaraq” İran sərhədinə bir neçə minaatan mərmisi düşüb” - deyən Rezai, erməni sərhədçilərinə bunun təkrarlanmaması barədə xəbərdarlıq edib.

Çərşənbə axşamı Q.Rezai Azərbaycan sərhəd xidmətinin rəis müavini İlham Mehdiyevlə görüşərək bir sıra məsələləri müzakirə etmişdi.

Hələ 1993-1994-cü ildə Azərbaycanla Ermənistan arasında savaş getdiyi vaxtda da oxşar iddialar səslənirdi. O vaxtda bildirilirdi ki, Ermənistan Silahlı Qüvvələrinin atdığı bir neçə mərmilər yanlışlıqdan İran ərazisinə düşüb. Onda Azərbaycan mətbuatı yazırdı ki, İranın hakimiyyət orqanları bilərəkdən belə hallara göz yumur.

XS
SM
MD
LG