Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

Fevralın əvvəllərində San-Dieqodakı kafelərdən birində xilas edilən balaca dəniz şiri aprelin 5-də Kaliforniyanın 20 kilometrliyində okeana buraxılıb.

San-Dieqodakı “Dəniz dünyası” mərkəzinin əməkdaşlrı Marina adlı dişi dəniz şirini suya buraxıblar.

Onu fevralın əvvəlində sahildəki kafelərdən birində əldən düşmüş halda tapanda iki aylıq idi və gözünün biri yaralanmışdı.

Marina onda təxminən 9 kiloqram idi.

Bu eyni yaşda olan digər dəniz şirlərinin çəkisindəniki dəfə azdır.

2 aylıq reabilitasiyadan sonra Marina özünə gəlib, kökəlib və yarası tam sağalıb.

O aprelin 5-də digər xilas edilmiş dəniz şirləri ilə birlikdə okena buraxılıb.

San-Dieqodakı mərkəzin əməkdaşları bu ilin əvvəllərindən bu yana Kaliforniya sahillərində 300-dən çox əldən duşmuş, yaralı dəniz şiri xilas ediblər.

Bir il əvvəl bu rəqəm 2 mindən çox idi.

Bioloqlar deyir ki, buna səbəb okeanda suyun çəkilməsi və nəticədə dəniz şirlərinin təbii qidalanma rejiminin pozulmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG