Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Rusiya Xarici İşlə Nazirliyi (XİN) "Lifenews" kanalının jurnalistlərinin Azərbaycandan deportasiya olunması məsələsinə münasibət bildirib.

Rusiya XİN sözçüsü Mariya Zakharova bu gün keçirdiyi brifinqdə bildirib ki, KİV-in işinə hörmət etmək lazımdır, lakin KİV də işlədiyi ölkənin qanunvericiliyinə riayət etməlidir.

M. Zakharova deyib ki, Lifenews -un işi ilə bağlı Azərbaycandakı Rusiya səfirliyindən tam informasiya alıblar. O, deyib ki, "qəbulediməz" reportajları görüb, bunları reportaj adlandırmaq da olmaz.

Zakharova Dağlıq Qarabağ münaqişəsini işıqlandıran KİV-i məsuliyyətli olmağa çağırıb: "KİV hadisəslərə obyektiv yanaşmalıdır. Xüsusən bu cür çoxlu sayda insan itkisi ilə müşayiət olunan münaqişə işıqlandırılan zaman buna daha çox diqqət yetilrməlidir. Münaqişənin işıqlandırılması zaman hansısa tərəfin mövqeyini müdafiə etmək qəbuledilməzdir. KİV bunun məsuliyyətini dərk etməlidir".

Bir neçə gün öncə, döyüşlər getdiyi vaxt Rusiyanın Lifenews kanalının jurnalistləri akkreditasiyaları olmadığına görə Azərbaycandan deportasiya edildilər.

Rusiya baş naziri Dmitri Medvedev isə Yerevana və Bakıya gəlir.

"Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevin Dağlıq Qarabağda vəziyyətin normallaşması ilə bağlı fəaliyyəti tam sinxronlaşdırılıb".

APA-nın “arminfo.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin “Putin Medvedevə Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı hansısa tapşırıq veribmi?” sualına cavab olaraq deyib.

D. Medvedev aprelin 7-də Ermənistana, aprelin 8-də isə Azərbaycana səfər edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG