Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:38

“Rusiya Yaxın Şərq və İranda əməli rol oynayıb”.

Bunu aprelin 4-də ABŞ Dövlət katibi John Kerry amerikalı teleparıcı Çarli Rouzun suallarını cavablandırarkən deyib.

Çarli Rouz bunadək Barak Obama, Bashar Assad və Vladimir Putindən də müsahibə alıb.

Kerry Yaxın şərq və Rusiyanın rolundan danışıb, atəşkəsə əməl olunduğunu deyib:

“ Çünki onlar müsbət rol oynadı. Doğurdan da əgər onlar əməli hərəkət etməsəydilər, biz İranla razılıq əldə edə bilməzdik. Əgər onlar əməli hərəkət etməsəydilər, Suriyadan kimyəvi silahları çıxara bilməzdik.

Əgər onlar əməli rol oynamasaydılar, atəşkəs olmazdı və tərəflər Cenevrədə danışıqlar masasında oturmazdılar”, deyə Kürry bildirib.

Amma John Kerry müharibənin davam etdiyini deyib.

Dövlət katibinin fikrincə süehə nail olmaq üçün Bashar Assad getməlidir. Çünki əks halda Suriya müxalifəti ona qarşı mübarizəni davam etdirəcək.5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG