Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:13

İntihar artıb


İntihar
İntihar

-

2015-ci ildə ötən illərin statistikası ilə müqayisədə intiharlar artıb.

2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub.

Bu haqda Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Kəmalə Talıbova mərkəzdə keçirilən dəyirmi masada məlumat verib. O, həmçinin statistikadan kənar qalan faktların olduğunu da qeyd edib.

«Report»un xəbərinə görə, K.Talıbova uşaqlar arasında intiharların çoxaldığını da qeyd edib.

«2013-cü ildə bu rəqəm 18 idisə, keçən il bu say 29 olub. İntihara cəhd halları qadınlar arasında üstünlük təşkil etsə də, kişilər arasında tamamlanmış intihar halları iki dəfə daha çox olub», - deyən K.Talıbova gələcəkdə sosioloji mərkəzin yaradılmasının nəzərdə tutulduğunu, orda intihara cəhd halları və səbəblərinin araşdırılacağını söyləyib.

18-35

Şöbə müdiri Azərbaycanda intiharlarla bağlı problemlərin yaşandığını deyib. Ancaq o qeyd edib ki, inkişaf edən ölkələrlə müqayisədə Azərbaycanın bu sahədə geridədir.

«İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir.Təbii ki, səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, ruh və genetik problemlərin olması aiddir», - deyə K.Talıbova vurğulayıb.

Ölkə mətbuatında da tez-tez intiharlarla bağlı xəbərlər yayılır. Bəzən bir gündə 2-3 intihar halının baş verdiyi qeyd edilir. Mətbuatda aparılan araşdırmalara görə, son illər Azərbaycanda insanlar daha çox maddi problemlər üzündən canlarına qıyırlar.

XS
SM
MD
LG