Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:50

Patriarx Kirill dini rəhbərlərə müraciət edib


Patriarx Kirill
Patriarx Kirill

-

Rus Pravoslav Kilsəsinin rəhbəri, bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəyə və erməni katolikosu II Karekin-ə müraciət ünvanlayıb.

Patriarx Kirill hər iki dini lideri Dağlıq Qarabağ münaqişəsi və düşmənçiliyin dayandırılması üçün öz nüfuzlarından istifadə etməyə çağırıb.

APA xəbər verir ki, Patriarx Kirill müraciətində Dağlıq Qarabağda hərbi əməliyyatlara dair xəbərləri həyəcan və narahatlıqla izlədiyini qeyd edib.

«Rusiya, Azərbaycan və Ermənistanın dini liderləri artıq uzun illərdir ki, regionda münaqişənin aradan qaldırılması üçün birgə fəaliyyət göstərirlər. Öz tərəfimdən münaqişənin nizamlanması üçün hərtərəfli dəstək göstərməyə hazıram», - deyə patriarxın məktubunda deyilir.

XS
SM
MD
LG