Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:56

İlham Əliyev həmməruzəçini qəbul edib


Prezident Administrasiyası
Prezident Administrasiyası

-

Prezident İlham Əliyev aprelin 6-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Schennach-ın rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Stefan Schennach Azərbaycana həssas bir məqamda səfər etdiyini, cəbhə xəttindəki son hadisələrin çox narahatlıq doğurduğunu deyib

Cəbhədəki vəziyyətə toxunan prezident isə qeyd edib ki, münaqişə ilə əlaqədar irəliyə doğru addım atılması imkanı yaranan zaman Ermənistan tərəfindən bu cür təxribatlar törədilir.

ABŞ-a səfərinin uğurla keçdiyini bildirən İlham Əliyev Azərbaycanla bu ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Prezident deyib ki, Azərbaycanın Avropa təşkilatları ilə də münasibətləri yüksək səviyyədədir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

XS
SM
MD
LG