Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:15

Ö.F.Nemanzadə. Bizim millətin mərifət baharı nə vaxt gələcək?


Ömər Faiq Nemanzadə
Ömər Faiq Nemanzadə

-

"Şükr allaha, dünyanın halı gözümüzün önündədir. Çinlilər kimi dünyanın bir kənarında deyil, dünyanın hər tərəfində, hətta mədəni millətləri ilə torpaq, qapı qonşusuyuz."

Ö.F.Nemanzadə

Dərdimiz, dərmanımız

(ixtisarla)

...Öz vicdanların da düşünsünlər ki, 15-20 il məmuriyyətlərində insaniyyətə, millətə nə iş görmüşlər? Bəli, dövlətlilərimiz də var, amma çoxu ömürlərini yalnız pul toplamağa vəqf etmişlər.

Pul küpü, sandığı mərtəbəsinə düşmüşlər. Guya mərifət bunlar üçün lazım deyil, səhərdən axşama qədər pul hesabı ilə məşğul olurlar. Bu kimilər "İnsan yaşamaq üçün yeyir" qaydasını pozub, "insan yemək, pul cəm etmək üçün yaşayır"...

Bir çox qəzetə oxuyanlarımız var; amma özlərindən bir qəpik pul verərək alıb oxumaq istəmirlər. Toylarda, məclislərdə "Mənim də adımı çəksinlər" fikri-cahilanəsi üçün pul yağdırırlar. Lakin qəzet, kitab üçün iki qəpik verməyə alışmamışlar: qəzeti qonşusunu, yoldaşını araya alıb yarım gözlə oxumağa adət etmişlər.

Hasilə bu gün hər cürə halımızla keçmiş islam maarif qəbiristanının məzar daşları hökmündə yalnız bir boy göstərirsiz.

Kitab, qəzet yazanlar əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə, çıxara bilməyirlər. Yüz ildə bir zühur edən həmiyyətlilərimiz pək böyük məşəqqətə, fədakarlığa düçar olurlar.

Bununla bərabər, aramızda iş görən fazillərimiz, məktəblərə, xəlayiqə kömək, yardım edən dövlətlilərimiz, qəzet-kitab qədrini bilən oxuyanlarımız az deyil. Amma qonşularımıza, zəmanəyə, ehtiyaca görə çox azdır. Doğruyu nə üçün rədd edəlim?!

Divar, torpaq qonşularımız bu gün bizim istədyimiz, xeyir, möhtac olduğumuz məsifət və mədəniyyətə 50 il əvvəl başlamışlardır. Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı, qonşularımızın sağlam inəyi mənzilində, məzəllətində qalmışız.

Elm çiçəklərimiz nə zaman açılacaq?

İlahi, bizim millətimizin mərifət baharı nə vaxt gələcək?! Elm çiçəklərimiz nə zaman açılacaq?

Həmişə böylə gözü bağlı, dili lalmı qalacağız? Bu nə halətdir ki, biz düşmüşüz? Bu nə yükdür ki, biz çəkirik? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtula bilməyəcəyiz? Axı biz də insanız!

Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibrət alalım! Onlara bu barədə şükür-dua edəlim. Edəlim ki, bizə öncülük, rəhbərlik edib nümuneyi-misal olmuşlar.

İllüstrasiya
İllüstrasiya

Mərifət və cəhalətin xeyir və şərini çox əvvəl pək böyük fəlakətlər ilə təcrübə etmişlərdir. O dərəcədə ki, daha bizə təcrübə üçün bir qaranlıq nöqtə olsun buraxmamışlardır.

Ancaq bu gün bizə qalan vəzifə bu neməti qənimət bilib insanca istifadə etmək, ibrət almaqdır...

Xeyr, xeyr. O qədər uzağa getmək də istəməz. Yanı başımızdakı dükan yoldaşımız, həmşərimiz, tanışımız ermənilərin, gürcülərin halına, işlərinə, bir də bizim halımıza, səfalətimizə yad gözlə deyil, diqqətlə baxalım ki, aramızda dağlar qədər təfavüd var. Onlar hünərli, məlumatlı, rahat, asudə, biz isə əksəriyyətlə çoban, yuxulayan, həqir, fəqir, cahil qalmışız.

Qardaşlar, acı, lakin doğru sözdən inciməyəlim. Dərdini söyləməyən dərman bulmaz. Qızdırma üçün hər zaman şəkər, qəndiyyə içmək yerinə bir az da xinə içəlim.

Şükr allaha, dünyanın halı gözümüzün önündədir. Çinlilər kimi dünyanın bir kənarında deyil, dünyanın hər tərəfində, hətta mədəni millətləri ilə torpaq, qapı qonşusuyuz.

Çinlilər belə, Avropanın bir dəfə vurduğu zərbə ilə oyanmağa başlayır, biz nə qədər hissiz və vicdansız ki, vücudumuz parçalanır, ürəyimiz dağılır, namusumuz ayaqlar altına alınır, həqirliyimiz, alçaqlığımız yerin dibinə keçir, keçir də yenə bir kərə olsun gözümüzü açmaq, ibrət almaq istəmiriz.

Yeri gələndə qədim ərəb mədəniyyəti ilə fəxr ediriz. Avropalılar mədəniyyəti islamlardan aldılar deyə şişiriz. Amma bir kərə fikr edəlim ki...

Of, insan bunu fikir edəndə divanə olmaq istəyir. Nədir bugünkü dərəkəmiz, nədir qonşularımız arasındakı həqarətimiz?

Yeri gələndə qədim ərəb mədəniyyəti ilə fəxr ediriz. Avropalılar mədəniyyəti islamlardan aldılar deyə şişiriz. Amma bir kərə fikr edəlim ki, bu bizim üçün nə qədər ayıbdır. Avropa xaçpərəst ola-ola qədim İslam mədəniyyətini qəbul etsin də, biz öz malımızı almaqda, öyrənməkdə bu dərəcə inad göstərək? Üzrümüz qəbahətdən böyükdür. Utanalım!..Utanalım!..

Nuh zamanında deyiliz. Zəmanənin halı və təsiri ilə tərəqqi nişanəsi olaraq bizim aramızda da iş görən fazillərimiz, kitab, qəzet yazan mühərrirlərimiz var. Amma çoxluğumuza görə heç!

Kitab, qəzet yazanlar əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə çıxara bilməyirlər. Yüz ildə bir zühur edən həmiyyətlilərimiz pək böyük məşəqqətə, fədakarlığa düçar olurlar. İştə bunlardan biri olan qiymətli, əziz "Tərcüman"ımız min həftədir fəryad edir, qayət hakimanə bir məsləklə milləti səlamətə, mərifətə doğru sövqə çalışır. Həftədə bir dəfə bu kiçik qəzetin insaniyyətə, islamiyyətə gördüyü xidmət pək böyük, çox-çox alidir.

Amma illərcə cəhalət qaranlığında qalan bir millət üçün 20 ildə kiçik bir qəzet çox azdır. İki milyon erməni qonşumuzun 7-8 qəzeti, minlərcə kitabları var. Heyif ki, 15-20 milyon biz müsəlmanların həftəlik kiçik bir qəzeti də çox görülür. Oxuyanlarımız çox az, həqiqəti gizlətməyəlim.

Üləmamızın, böyüklərimizin çoxu lazımınca hümmət göstərmirlər. Qəzet oxumağı günah hesab edən, məzhəbləri bilinməyən bəzi nadan natiq mollalarda, kişilərdə işim yox.

Əzim Əzimzadə. Köhnə və təzə arvad. 1935
Əzim Əzimzadə. Köhnə və təzə arvad. 1935

Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar.

Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır.

Şükr Xudaya, bizdə də dövri-tərəqqiyə girəcəyimizi bildirən əsərlər, şahidlər çox gec də olsa zühur etməkdədir. İştə çoxdan bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz ikmil üçün möhtac olduğumuz "Şərqi-Rus" adında Tiflisdə nəşr olunmağa başladı. Qəzet sahibi özünə düşən həmiyyət və millətpərvərliyini göstərdi.

Görəlim! Biz camaat da özümüzə düşən müaviniyyət və kömək vermək vəziifeyi-milliyyə və insaniyyətimizi göstərib təzə çıxan bu işığa rövnəq verəcəkmiyiz?

Şərqi-Rus (2) qəzeti, 4,6,11 aprel 1903, № 3,4,5.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG