Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04

Böyük Britaniyanın baş naziri David Cameronun atası Yan Cameron 2010-cu ildə vəfat edib.

Amma indi baş nazir onun varisi kimi cavab verməlidir.

“Panama sənədləri” adlı araşdırmaya görə Yan Cameron ofşor sərmayə fondları vasitəsi ilə vergidən yayınıb.

Baş nazir Birminqemdə jurnalistlərin sualını cavablandırarkən ofşor qalmaqalı ilə heç bir bağlılığı olmadığını deyib:

“Mənim biznesdə payım yoxdur. Baş nazir kimi maaşım, divident aldığım şəxsi əmanətim və Dauninq-stritə gələnədək yaşadığım evim var. Mənim heç bir ofşor fondum yoxdur”, deyə o vurğulayıb.

Atası ilə bağlı suala gəldikdə isə baş nazir cavabdan yayınıb, bunun şəxsi məsələ olduğunu deyib.

Amma leyboristlərin lideri Ceremi Korbin bununla razı deyil, hesab edir ki, söhbət vergidən yayınmaqdan gedirsə, müstəqil araşdırma aparılmalıdır:

“Panama sənədlərinin açıqlanması daha çox insanı düşünməyə vadar elədi ki, varlılar üçün ayrı, qalanlar üçünsə başqa qanun var. Artıq vergi gizlətməklə məşğul olmağın vaxtı çatıb”.

Cameron eyni qalmaqalla üzləşmiş ilk siyasətçi deyil.

“Panama sənədləri” də 12 dünya liderinin adı hallanır.

Artıq İslandiyanın baş naziri Deyvid Qanluksonbuna görə istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG