Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

10 toya gedən vergi ödəmir, süpürgəçi ödəyir


Şou-biznes nümayəndələri

Şou-biznes nümayəndələri

-

«Şou-biznes nümayəndələrindən ödənilən vergi artıb».

APA-nın xəbərinə görə, bunu jurnalistlər üçün keçirilən «Açıq qapı» günündə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Ancaq o, bu sahədə problemlərin də olduğunu dilə gətirib:

«Şou-biznes nümayəndələri, böyük məbləğ əvəzində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var».

Günün bütün mövzuları

XS
SM
MD
LG