Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

-

Rusiya məhkəməsi Litva vətəndaşı Aristidas Tamosaitis-ə casusluq ittihamıyla 12 illik həbs cəzası kəsib.

Litvanın Rusiyadakı səfiri Remigijus Motuzas aprelin 5-də deyib ki, Tamosaitis-ə hökm martın 17-də qapalı məhkəmədə oxunub.

Səfir işin detallarının məxfi saxlandığını bildirib.

Tamosaitis ötən ilin mayında Moskvada saxlanıb. Rusiya Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, Tamosaitis Litva Müdafiə Nazirliyinin kəşfiyyat zabiti olduğunu boynuna alıb.

Tamosaitis-in saxlanmasından iki həftə öncə Litva Rusiya FSB agentini casusluqda şübhəli sayıb saxlamışdı.

Avropa Birliyinin və NATO-nun üzvü olan Litva ötən il dörd nəfəri Rusiya və Belarusun xeyrinə casusluqda şübhəli sayaraq həbs edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG