Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:20

Bu həftə Yerevanda ən çox satılan kitab


Yerevanda kitab dükanı
Yerevanda kitab dükanı

-

Kitab
Kitab

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərgin döyüşlər gedən bu həftə Yerevanda ən çox oxunan kitab millətçi yazıçı Mark Arenin "Vəhşi qızılgüllərin açdığı yer" adlı bir kitab olub.

Bu kitab son vaxtlar Yerevan kitab mağazalarında çox reklam edilir.

İnternetdəki kitab mağazaları Mark Arenin "Vəhşi qızılgüllərin açdığı yer" kitabının məzmunu belə nəql edirlər:

"Kitabda Anadoluda yaşayan və ermənilərə nifrət edən bir türk (o, qocadır, keçmişdə şanlı türk əsgəri olub) təsadüfən erməni laylası eşidir və musiqidən çox xoşu gəlir, yadına düşür ki, bu layla onun uşaqlıqda öz anasından eşitdiyi layladır, bununla da əslində valideynlərinin erməni olduğunu başa düşür..."

Yerevan bestsellerləri siyahısında ikinci yerdə Edgar Harutyuyanın "Qızılgülə Qələbə odası" kitabı, üçüncü yerdə G.G.Marquez-in "Taun zamanı məhəbbət" romanı gəlir.

XS
SM
MD
LG