Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:04

-

Xorvatiyanın serb üsyançı lideri Goran Hadzic-in hərbi cinayətlərə görə məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb. O, xərçəng xəstəliyinə tutulub.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Məhkəmə aprelin 5-də qərar verib ki, 57 yaşlı Hadzic «hazırda məhkəmə qarşısına çıxarılmağa uyğun halda deyil».

Hadzic 1991-95-ci illər Xorvatiya müharibəsi zamanı 14 növ hərbi cinayət törətməkdə ittiham olunub. Bu cinayətlərə Vukovar xəstəxanasından çıxarılan dinc şəxslərin öldürülməsi, xorvatların kütləvi qətli daxildir.

Məhkəmə BMT-nin tibb sənədlərinə əsasən bildirib ki, Hadzic-in səhhətinin pisləşməsi onun ünsiyyət qabiliyyətinə təsir edib. O, hətta müdafiəçinin köməyi ilə belə, ədalətli mühakimə hüququndan istifadə edə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG