Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:47

"İnsan özünə Yer üzünün sakini kimi baxmağı öyrənincə"


Henry Miller
Henry Miller

-

Henry Millerin səyahət ədəbiyyatı janrında yazdığı "Marusinin divi" (The Colossus of Maroussi) kitabından seçmələr

- Özbaşına qalan insan həmişə həyata Yunan üsulunda başlayır: bir neçə keçi və qoyun, kələ-kötür bir koma, bir neçə zeytun ağacı, bir dərə, bir qaval ilə.

- Bütün günü sakit olmaq, qəzetlərə baxmamaq, radio dinləməmək, şayiələrə qulaq asmamaq, tamamən tənbəlləşmək, dünyanın taleyinə tam biganə olmaq insanın özünə verə biləcəyi ən yaxşı dərmandır.

- Yaşamağın o qədər yolları var ki. Ən yaxşısı, mənim fikrimcə, yunan yaşam üsuludur, çünki o, məqsədsizdir, anarxikdir, tamamən düzənsiz, yəni əsl insan olmaqdır.

- Mən yaxşı monoloqu duetdən daha çox sevirəm. Monoloq birbaşa sənin üçün kitab yazan bir insana baxmağa bənzəyir: o, kitabı yazır, ucadan oxuyur, təkrar edir, öz səsilə ifa edir, ifasından zövq alır, sənin zövqündən zövq alır, sonra isə onu cırıb küləklərə verir...

- Əgər insanlar bir gün tanrılara çevriləcəklərinə inanmırlarsa, əlbəttə, onlar bir gün soxulcana çevriləcəklər.

- Azad olmaq bütün fəthlərin puç-beyhudə olmasını dərk etməkdir, hətta eqoizmin son dayanacağı olan özünü fəth etmək arzusunun da.

- Dünya tarixi imtiyazları olan bir neçə nəfərin tarixidir.

- İnsan ali insan olana qədər, özünə Yer üzünün sakini kimi baxmağı öyrənənə qədər, axırda özünü məhv edəcək tanrılar yaratmağa davam edəcək.

- Yunanıstanın faciəsi böyük mədəniyyətin dağılmasında deyil, dünyaya böyük, gen baxışın kəsilməsində oldu.

- Xəstəliklərimizin onda doqquzunun qarşısı doğru düşüncə, üstəgəl, doğru gigiyena ilə alına bilər! Onda doqquzu!

- Niyə biz özümüzə bunca məhdudiyyətlər qoyuruq? Niyə özümüzü hər tərəfə vurmuruq? Bu, özümüzü itirmək qorxusundandırmı? Biz özümüzü itirməyənə qədər özümüzü tapacağımıza ümid yoxdur.

- Öldürmədən yaşamaq dünyaya elektrik verməyə qadir bir fikirdir, əgər insanlar bu fikir başlarına hopana qədər oyaq qala bilsələr.

XS
SM
MD
LG