Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:47

-

Pakistanın Baş naziri Nawaz Sharif elan edib ki, ailə üzvlərinin qanunsuz ofşor investisiyalarının araşdırılması üçün müstəqil komissiya yaradacaq. Mediaya sızmış sənədlər onun övladlarının ofşor şirkətlərə sahiblənməsinə dair məlumatları üzə çıxarıb.

Aprelin 5-də televiziya ilə çıxış edən Sharif deyib ki, komissiyaya Pakistan Ali Məhkəməsinin istefada olan hakimi rəhbərlik edəcək. O, ailəsinə qarşı korrupsiya ittihamları irəli sürənləri əməkdaşlıq etməyə, iddiaları sübuta yetirməyə çağırıb.

Bir gün öncə oğlu Hussain Nawaz ofşor şirkətləri və mülkiyyəti olduğunu etibar edib.

Bu günlərdə Panamada mənzillənən Mossack Fonseca hüquq firmasının 11.5 milyon sənədi mediaya sızıb. Dünyanın ən tanınmış, güclü şəxsiyyətlərinin pullarını ofşor gizlətdikləri bəlli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG