Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

►“Müştərilərə deyirəm ki, “borcun düzgün hesablanmasını tələb edin və ödəyin””

"Bank VTB"nin (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlev vəkil Əkrəm Həsənovdan Baş prokuror Zakir Qaralova şikayət edib.

Həsənov problemli borcları müştərilərdən alan kollektor agentlikləri və banklarla mübarizə aparan "Antikollektor" şirkətinin təsisçisidir.

Yakovlev Baş prokurordan bankların fəaliyyətini tənqid edən Əkrəm Həsənov barəsində tədbir görülməsini xahiş edib.

Baş Prokurorluq da həmin məktubu Əkrəm Həsənovun üzvü olduğu Vəkillər Kollegiyasına göndərib. Vəkil şikayətdən orada xəbər tutub.

Bank rəhbəri şikayət məktubuna Əkrəm Həsənovun "Facebook" səhifəsində paylaşdığı fikirləri də əlavə edib. Müraciətdə qeyd olunub ki, hüquqşünas yaydığı fikirlərlə Mərkəzi Bankı və onun sədrini təhqir edir; vətəndaşları banklara borcunu qaytarmamağa çağırır; Rusiyaya qarşı yazdıqları ilə millətlərarası münasibətləri korlayır; müştərilərə rus banklarına, o cümlədən, "Bank VTB"yə etimad göstərməməyi tövsiyə edir.

“MƏRKƏZİ BANKIN ƏVƏZİNƏ NİYƏ DANIŞIRLAR?”

Əkrəm Həsənov isə ünvanına səslənən ittihamlarla razılaşmır. O, AzadlıqRadiosuna açıqlamasında şikayətdə yer alan ittihamların hər birinə ayrı-ayrılıqda münasibət bildirib.

Vəkil deyir ki, prokurorluğa göndərilən "facebook" statuslarının heç birində təhqir elementi yoxdur, tənqid var:

"Mənim Mərkəzi Bank haqda yazdığım bir status müraciətə əlavə olunub. Həmin statusda mən Mərkəzi Bankın mətbuata açıqlamasından bir cümləni qeyd eləmişəm. Cümlə o qədər uzun və əcnəbi sözlərdən ibarət idi ki, on il bank sistemində işləmişəm, amma onu başa düşmürdüm. Bunu yazmışdım. O da anlaşılmazdır ki, Mərkəzi Bankın əvəzinə bunlar niyə danışır?"

Əkrəm Həsənov banka borcu olan müştəriləri itaətsizliyə, borcu qaytarmamağa çağırması barədə ittihamı da qəbul etmir. Bildirir ki, belə bir çağırışı olmayıb:

"Həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır, amma qanun və imkan daxilində. Yəni borc məbləği qanuna uyğun hesablanıb qaytarılmalı, banklar müştərilərdən artıq faiz tutmamalıdır. Mən müştərilərə deyirəm ki, “borcun düzgün hesablanmasını tələb edin və ödəyin”. Vətəndaş müflisdirsə, imkanı yoxdursa, bank ona təzyiq göstərib intihar həddinə çatdırmamalıdır. Bu halda, vətəndaşa deyirik ki, “imkanın yoxdursa, narahat olma”. Çünki əks halda, vətəndaş ya özünü öldürür, ya səhhətində ciddi problem yaranır, ya da çox yüksək faizlə borc verən adamlardan pul alır, qohum-qonşusundan pul istəyib alçalır".

Əkrəm Həsənovun sözlərinə görə, 20 Yanvar faciəsinin ildönümündə "Facebook"da paylaşdığı "Rusiya düşmənimiz, Türkiyə dostumuzdur" statusu da müraciətə əlavə olunub.

"Antikollektor"un rəhbəri "Bank VTB" ilə aralarındakı problemi belə şərh edirb:

"Biz "VTB bank"a borclu olan müştərilərin məhkəməyə müraciət etməsinə yardım göstərmişik. Amma bu, tək bu banka aid deyil, digər bankların müştərilərinə də hüquqi baxımdan kömək edirik. Sadəcə, bir neçə bank var ki, onlardan şikayət çoxdur, bunlardan biri də "Bank VTB"dir. Bu bank vaxtında kreditləri necə gəldi verib, bank sahiblərinin maraqları qorunmayıb. İndi bizim məhkəmə işlərimiz onları qorxudub, istəyirlər ki, fəaliyyətimizi dayandıraq".

Əkrəm Həsənov onu da əlavə edir ki, bu cür vasitələrlə onun fəaliyyətinə təsir göstərmək mümkün deyil. Vəkil Baş Prokurorluğun da bu müraciətə ciddi yanaşmayacağını güman edir:

Buna da bax: Bakı küçələrində "pulkəsənlər"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG