Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:56

-

İslandiyanın baş naziri Sigmundur Gunnlaugsson ofşor şirkətlər qalmaqalına görə aprelin 5-dəistefa verib.

Bundan əvvəl “Panama sənədləri” adlanan məlumatda onun və həyat yoldaşının Panamada “Wintris” adlı ofşor şirkəti olduğu bildirilirdi.

İstefadan əvvəl parlament binasının ətrafında ona etimadsızlıq göstərilməsi ilə bağlı böyük mitinq keçirilib. Aksiyanı müxalifət təşkil edib.

Sigmundur Gunnlaugsson aprelin 5-də prezsident Olafur Ragnar Grimssondan parlamentin buraxılmasını tələb etsə də ölkə başçısı bunu qəbul etməyib.

Prezident öncə siyasi partiyalarla məsləhətləşmək fikrində olduğunu deyib.

Ofşor zonada korrupsiya ittihamlarına dair sənədlərdə dünyanın müxtəlif ölkələrindən 140 siyasətçi və dövlət rəsmisinin adı var. Onların arasında İslandiya və Pakistanın Baş nazirləri, Ukrayna prezidenti, Azərbaycan prezidentinin ailəsi və Səudiyyə Kralı da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG