Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

-

Aprelin 5-də səhər saatlarında Tərtər rayonunun Qapanlı kəndində çəkiliş aparan jurnalist qrupu atəşə tutulub. Bu haqda AZƏRTAC xəbər verir.

Xəbərdə çəkiliş aparan jurnalistlərin avtomobilinin Ermənistan Silahlı Qüvvələri tərəfindən top atəşinə tutulduğu bildirilir. Əraziyə atəş açıldığından media nümayəndələri kəndi tərk etməyə məcbur qalıblar.

Kənddən çıxarkən jurnalistlərin olduğu iki maşından biri açıq ərazidə hədəfə alınıb, ancaq top mərmisi kənara düşüb.

Avtomobildə AZƏRTAC və Associated Press agentliyinin əməkdaşlarının olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG