Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:02

Həmsədrlər gəlir


-

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Romen Nadal bildirib ki, ATƏT-in Qarabağ nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri yaxın günlərdə regiona səfər edəcəklər.

Bu haqda Turan RİA-Novosti-yə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, aprelin 9-da həmsədrlər Yerevana gələcəklər.

“Vasitəçilər Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcəklər, həmçinin, xarici işlər naziri Edvard Nalbandyanla görüş keçiriləcək” - deyə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.

Rəsmi Bakı hələlik bu məlumatı təsdiq etməyib. ATƏT-in saytında da bu barədə məlumat yoxdur.

Öz növbəsində, erməni mənbələri iddia edirlər ki, “Dağlıq Qarabağda ikitərəfli atəşkəs haqqında saziş” hazırlayıblar.

“Hazırda barışıq haqqında sənəd hazırlanır. Sənədin təfsilatı haqqında danışmaq səlahiyyətim yoxdur” - deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG