Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

Messi araşdırmaçı jurnalistləri məhkəməyə verir

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu aprelin 3-də dünya liderlərinin ofşor şirkətləri haqda geniş məlumat yayıb.

Ofşor şirkəti yaradıb vergidən yayınanlar arasında Messinin də adı var.

Məlumata görə o, 4,1 milyon avronu vergidən yayındırmaq üçün Panamada Mega Star Enterprises şirkəti yaradıb.

Messi isə buna görə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və bu haqda yazan Almaniyanın Züddöyçe Tsaytunq (Suddeutsche Zeitung) qəzetiniməhkəməyə verir.

Qeyd edək ki, həmin 4 milyonluq vergidən yayınma ilə bağlı Messi və onun maliyyə işlərinə baxan atası Jorje Messinin işi hazırda məhkəmədədir.

Prokuror ötən il 22 ay həbs tələb etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG