Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:10

İnhisarçılığa görə cəzalar sərtləşdi


Milli Məclis
Milli Məclis

-

Aprelin 5-də Azərbaycan parlamenti inhisarçılıq və rəqabətin məhdudlaşdırılmasına qarşı mübarizə ilə bağlı qaydaların təsnifatını genişləndirib. Bununla bağlı Cinayət Məcəlləsinin 199-cu (İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) maddəsinə və «Antiinhisar fəaliyyəti haqqında» qanuna dəyişikliklər edilib.

APA-nın xəbərinə görə, təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırması, yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq və digər belə hərəkətlərlə bağlı cəzalar sərtləşdiriləcək. İnhisarçılıq hərəkətləri cinayət nəticəsində vurulmuş ziyanın 2 misli miqdarında cərimə edilməklə, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum etmə və 3 ilə qədər həbslə cəzalandırılacaq.

Qüvvədə olan qanunvericilik inhisarçılığa görə 100 manatdan 500 manata qədər cərimə, 1 il islah işləri və ya 2 il həbs nəzərdə tutur.

Parlament dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

XS
SM
MD
LG