Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:45

Rus jurnalistlər deportasiya olunub


Lifenews
Lifenews

-

Rusiyanın «LifeNews» telekanalının jurnalistləri Azərbaycandan çıxarılıb. Azərbaycanın rəsmi qurumları kanalın Dağlıq Qarabağdakı hərbi əməliyyatlar barəsində yanlış bilgilər yaydığını bildirib.

Xarici İşlər Nazirliyi xəbəri təsdiqləyib. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev APA-ya deyib ki, «LifeNews» Azərbaycan ərazisində akkreditasiya olunmadan işləyib: «Onlar cəbhə xəttində baş verən hadisələrlə bağlı verdikləri materiallarda hadisələri təhrif edib, qeyri-obyektiv informasiya təqdim ediblər. Azərbaycan tərəfi onlara xoş niyyətlərini ifadə etsə də, jurnalistlər öz təxribatçı fəaliyyətlərini davam etdiriblər».

«LifeNews» telekanalının jurnalistlərinin deportasiyasına aprelin 5-də Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov da münasibət bildirib. «Sözsüz ki, redaksiya siyasəti hər hansı bir hərəkətin səbəbi ola bilməz və olmamalıdır», - deyən D.Peskov jurnalistlərin qanunlara əməl etməli olmasının vacibliyini vurğulayıb.

Bu telekanalın hazırladığı materiallarla bağlı Azərbaycan Müdafiə Nazirliyi də təkzib vermişdi.

XS
SM
MD
LG