Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51

Türkiyə Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanında olacaq.

Bunu Türkiyənin baş naziri Ahmet Davutoglu aprelin 5-də hakim “Ədalət və İnkişaf” partiyasının toplantısında bəyan edib.

O atışma baş verən kimi Azərbaycan prezidenti İlham Əliyevə telefon açdığını bildirib.

Davutoğlu deyib ki, bütün dünya bilməlidir ki, Türkiyə sülhün sonunadək, Azərbaycanın arxasında duracaq, erməni işğalına qarşı çıxacaq.

Davutoglu qeyd edib ki, o ki, qaldı son toqquşmalara Türkiyə hadisələrin gedişini diqqətlə izləyir və Ermənistanın hücumunu kəskin pisləyir.

Davutoglu son atışmalarda həlak olanlara görə Azərbaycana başsağlığı verib.

Həmçinin Çin Azərbaycanla Ermənistanı sakitliyə, səbrli olmağa çağırıb və münaqişənin danışıqlar yolu ilə həllinə ümidlə yanaşdığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG