Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:44

İlham Əliyev: Mülki əhali ilə vuruşmuruq


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycan əsgəri, zabiti heç zaman mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur, vuruşmayacaq. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir».

Bu sözləri prezident İlham Əliyev yaralı və vəfat etmiş hərbçilərin ailə üzvləri ilə görüşündə deyib.

«Report»un xəbərinə görə, ölkə başçısı Azərbaycan hərbçilərinin qoşunların təmas xəttində, sadəcə, qarşı tərəfin təxribatlarına cavab verdiyini ifadə edib.

«Ermənilər yaşayış yerlərini atəşə tutub, mülki əhalidən yaralananlar var. 300-ə yaxın evə ziyan vurulub», - deyə ölkə başçısı bildirib.

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhədə atəşkəs ardıcıl olaraq pozulmağa başlayıb. Hər iki tərəfdən itkilərin olduğu deyilir. Azərbaycan Silahlı Qüvvələrinin 16 hərbiçisinin öldüyü, mülki əhali arasında da ölən və yaralananların olduğu bildirilir. Əhali arasında itkilərin siyahısı tam açıqlanmayıb.

XS
SM
MD
LG