Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

-

Prezident İlham Əliyev aprelin 5-də ABŞ-ın Nevada Ştat Assambleyasının sədri John Hambrick-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyev ABŞ-a son səfərini məmnunluqla xatırladaraq, bu ölkənin rəhbərliyi ilə çox səmərəli görüşlər keçirdiyini deyib. Ölkə başçısı ABŞ prezidenti Barack Obama-nın təşəbbüsü ilə təşkil olunan Nüvə Təhlükəsizliyi Sammitinin önəmindən danışıb.

İlham Əliyev Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Nevada ştatı ilə əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

John Hambrick isə Nevada ştatının parlamentinin Azərbaycana dəstək ifadə edən qətnamə qəbul etməsindən, Bakıda keçirdiyi görüşlərdən danışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG