Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:21

Dəmiryoluna da nəzarət gücləndirilir


Qatar
Qatar

-

Azərbaycan dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün körpülərdə, stansiyalarda, qatarlarda nəzarət artırılıb. «Report» xəbəri «Azərbaycan Dəmir Yolları» QSC-yə istinadən yayıb.

Cəmiyyətdən bildiriblər ki, indi cəbhədə vəziyyətlə əlaqədar körpülərdə, stansiyalarda, qatarlara minik və düşmək prosesində nəzarət gücləndirilib:

«Sərnişin sıxlığı müşahidə edilən Bakı-Sumqayıt qatarı artıq yolboyu nəzarətə götürülüb. Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları qatarın içində hərəkət edirlər. Qatar hərəkətdə olduqda və dayandıqda müşahidəyə götürülür. Habelə, bilet satışında mütləq şəxsiyyət vəsiqəsi tələb edilir. Tez-tez elanlar verilir ki, şübhəli şəxslər görüldükdə xəbər verilsin», –deyə QÇS-dən bildiriblər.

Bundan əvvəl təhlükəsizlik tədbirləri aeroportlarda gücləndirilmişdi.

XS
SM
MD
LG