Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

-

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Nazirliyin deməsinə görə, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi baza dəqiq zərbələrlə sıradan çıxarılıb.

Qarşı tərəfin ciddi itkilər verdiyi bildirilir.

Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhə xəttində atəşkəs ardıcıl olaraq pozulmağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG