Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

İraq hərbçiləri Hit şəhərinə girdilər


İraq hərbçiləri Hit şəhərində

İraq hərbçiləri Hit şəhərində

-

İraq ordusu Hit şəhərinə girdiyini bildirir. Bu şəhər İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətindədir.

Komandirlərin aprelin 4-də verdiyi məlumata görə, hərbçilər Hitin şimal hissəsini yaraqlılardan təmizləyir, şəhər mərkəzinə doğru irəliləyirlər.

Minlərlə sakin şəhəri tərk edib. Hərbçilər dinc sakinlərin təxliyəsinə başlayıblar. Yüzlərlə sakin şəhərdən piyada çıxmalı olub.

İndilik şəhərdə 20 min dinc sakinin qaldığı bildirilir.

Hit qərbi Ənbər vilayətində yerləşir. İraq və Suriyadakı ekstremist yaraqlıları birləşdirən vacib təchizat xətti üzərindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG