Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

Ə.Əylislinin festivalda edəcəyi çıxışın mətni Britaniya mətbuatında


Əkrəm Əylisli

Əkrəm Əylisli

-

Britaniyanın söz azadlığına dair "Index on Censorship" jurnalının veb-səhifəsi Əkrəm Əylislinin Bakı hava limanında saxlandığı üçün gedə bilmədiyi Kitab Festivalında edəcəyi çıxışın əsas hissəsini rus dilindən ingilis dilinə tərcümə edərək yayımlayıb. Çıxışın Azərbaycan versiyasını burada oxu.

Mətnin sonunda jurnal növbəti sayında Ə.Əylislinin yeni hekayəsinin çap olunacağını anons edir.

Britaniyanın "The Guardian" qəzetinin Kitab səhifəsi yuxarıda qeyd olunan mətn haqda məlumatın da yer aldığı yeni məqalə çap edib. Məqalə Ə.Əylislinin Bakı aeroportunda saxlanmasını xatırlatmaqla açılır:

"Təqib olunan, ötən həftə İtaliyaya ədəbiyyat festivalına buraxılmayan azərbaycanlı yazıçı Əkrəm Əylisli deyib ki, aeroport polisi ona qarşı absurd və məntiqsiz bir şəkildə xuliqanlıq iddiası irəli sürüb."

Bu dəfə aeroport hadisəsi yazıçının öz dilindən, "Index on Censorship" jurnalına istinadən verilib.

"Mənim çamadanlarım yoxlanıb təyyarəyə aparıldı. Təxminən səhər saat 9.30-da məni aeroport polisinin saxlama məntəqəsinə apardılar və yanlış olaraq ictimai narahatlıq yaratmaqda, sərhəd gözətçilərinin işini pozmaqda, başqa sərnişinləri təhqir etməkdə ittiham etdilər. 10 saatdan artıq orada saxlandım və sorğu-sual edildim.

Axşam sərhəd xidmətinin başçısı, atletik bədənli cavan oğlan yeni absurd ittiham irəli sürdü ki, guya 78 yaşlı ürəyi zəif yaşlı yazıçı onu sinəsindən elə möhkəm itələyib ki, o, hematoma alıb. Bu da guya kamerasız kiçik şəxsi yoxlama otağında baş verib..."

Hadisənin rəsmi versiyasına qarşı Ə.Əylisli versiyasına geniş yer ayıran qəzet daha sonra İtaliya festivalının bəyanatından, 20 yazıçının dəstək bəyanatından, həmçinin Ə.Əylislinin tədbirdə edə bilmədiyi çıxışın mətnindən (Qaliley hissəsi) sitatlara yer verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG