Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

-

Pakistanın Baş nazir Nawaz Sharif-in ailəsi ofşor sərvətinin qanunsuzluğu barədə məlumatları təkzib edir, bu məlumatlarda yeni bir şey olmadığını bildirib. Panama Papers qalmaqalında Sharif-in dörd övladından üçünün adı çəkilir: onun mümkün varisi sayılan qızı Maryam, oğlanları Hasan və Hussain. Mediaya sızmış sənədlərdə Sharif-in övladlarının Londonda daşınmaz əmlak sahibi olduqları göstərilir. Bu əmlak Panamada mənzillənən hüquq firması Mossack Fonseca-ya bağlı oşfor şirkətlər vasitəsilə alınıb.

Araşdırmaçı jurnalistlər bu firmanın 11.5 milyon sənədini yayıb. Dünyanın güclü şəxsiyyətlərinin pullarını ofşor gizlətdiyi üzə çıxıb. Bu iddialar Pakistanda özəlliklə həssasdır, çünki milyonlarla insan yoxsul durumda yaşayır, varlılar isə çox az vergi ödəyir.

Baş nazir Sharif investorları Pakistana sərmayə yatırmağa çağırır. Açıqlanan sənədlərdən sonra onun ailə üzvlərinin niyə sərvətini xaricdə yatırmasına dair suallar yaranır.

Günün bütün mövzuları

XS
SM
MD
LG