Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

-

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Conn Keri telefonla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Bu haqda APA Rusiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Xəbərə görə, Sergey Lavrovla Con Kerri aprelin 4-də telefonla danışıblar. Hər iki xarici siyasət idarəsi rəhbərinin Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatlıqlarını ifadə etdiyi, tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığı bildirilir.

Telefon danışığı zamanı ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ və Fransanın səylərini artırması barədə razılıq əldə olunduğu bildirilir.

Rusiya XİN-in məlumatında həmçinin, S.Lavrovla Con Kerrinin müxtəlif “xarici oyunçuları” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaqda qınadığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG