Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:26

-

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən olduğu ehtimal edilən meyit aprelin 4-də Türkmənistandan Bakıya gətirilib.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir.

Nazirlik bildirir ki, Xəzərin Türkmənistan sektorunda tapılan cəsəd uyğun ekspertizaların aparılması üçün aidiyyəti üzrə təhvil verilib.

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilən meyidin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

2015-ci il dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğında 64 nəfərdən 34 nəfər xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb. Qalan neftçilər, hələ də, itkin düşmüş sayılır və cəsədləri tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG