Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:11

-

Aprelin 4-də Bakı Apellyasiya Məhkəməsi metroda saxlanan Belarus vətəndaşı Sergey İlyevskiy barəsində seçilmiş həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Report-un xəbərinə görə, Nərimanov Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə hakim Camal Ramazanov baxıb. Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsinə əsasların olmadığı qənaətinə gəlib.

Martın 25-i saat 01.30-da Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları Belarus vətəndaşı S.İlyevskiyi saxlamışdı. Onun Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyərkən saxlanıldığı deyilirdi.

S.İlyevskiy ifadəsində metropolitenin tunelinə girib, divarlara qrafiti üslubda rəsmlər çəkmək istədiyini demişdi.

Nərimanov rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə qərar vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG