Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:43

Nazirin dünya ictimaiyyətinə məktubu


-

“Aprelin 2-də Ermənistan tərəfindən Azərbaycan hərbçilərinin təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə tutulub. Cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınıb. Nəticədə mülki şəxslər arasında tələfat olub”.

Xarici işlər naziri Elmar Məmmədyarovun beynəlxalq qurumlara ünvanlanan məktubda belə deyilir.

Məktub ATƏT-in Minsk Qrupunun üzv dövlətlərinə, MDB ölkələrinə, ATƏT-in fəaliyyətdə olan sədri Almaniyaya, BMT, İslam Əməkdaşlıq Təşkilatına, NATO-nun Baş katiblərinə, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə ünvanlanıb.

Məktubda bildirilib ki, Azərbaycanın silahlı qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və Ermənistanın təxribatlarının dayandırılması məqsədilə lazımı addımlar atıb. Məktubda vurğulanır ki, münaqişənin davam etməsinin, nəticədə gərginliyin artmasının əsas səbəbinin Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur:

“BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edilib. İşğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağı dayandırmalı, ilhaqçı siyasətə son qoymalı, qonşunlarını işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır. Danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərinə əməl etməlidir - deyə nazirin məktubunda bildirilir.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə işğal edilən ərazilərin qeyd və şərtsiz boşaldılması istənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG