Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:04

-

Aprelin 4-də Bakı Dövlət Universitetinin qarşısında tələbələrin iştirakı ilə silahlı qüvvələrin təmas xəttindəki gərginliklə bağlı tədbir keçirilib.

Bu haqda BDU-nin saytı xəbər verir. Tədbirdə universitetin rektoru Abel Məhərrəmov deyib ki, Azərbaycan ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib:

“ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb. Lakin Ermənistan atəşkəs çağırışlarına məhəl qoymur və ağır silahlarla Azərbaycanın mövqelərinə atəş açmağa davam edir. Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır”

Rektor tələbələrə xitabında Azərbaycanın münaqişənin həllində üzərinə düşənləri yerinə yetirdiyini qeyd edib.

Tədbirin yekununda Azərbaycan əsgərlərinə ünvanlanan müraciət qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG