Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:28

-

«Rusiyada xüsusilə hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində gərginliklə bağlı birtərəfli, anti-Azərbaycan mövqeyinin təbliğ olunmasının, yumşaq dildə desək, mənasını anlamırıq».

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, baş nazirin müavini Əli Əhmədov belə deyib.

Baş nazirin müavini APA-ya açıqlamasında Azərbaycanın Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

«Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada, Rusiyada təbliğ olunan anti-Azərbaycan mövqeyini başa düşmək mümkün deyil. Vasitəçi, bir qayda olaraq, tərəfsiz olmalıdır. Heç olmasa, münaqişə tərəflərindən birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir. Amma bəzi hallarda biz bunun əksini görürük», - deyə Ə.Əhmədov vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG