Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

Yunanıstanın Lesbos adasını tərk edən 130 nəfərlik ilk miqrant qrupu Türkiyəyə çatıb.

Miqrant böhranı ilə bağlı Avropa Birliyi ilə Ankara arasındakı razılaşma martın 4-dən qüvvəyə minir.

Razılaşmada qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində onları yerləşdirmək üçün Türkiyəyə ayrılmış 3 milyard avronun 6 milyarda çatdırılması, Türkiyə ilə üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Türkiyənin daxili işlər nazirliyi martın 4-də Yunanıstandan 500 qaçqın gözlədiklərini bəyan edib.

Məlumatına görə, Əfqanıstan, İraq və Pakistan qaçqınları vətənlərinə deportasiya olunacaqlar. Məlumata görə, hazırda Yunanıstanda 60 min miqrant var.

Amnesti İnternational təşkilatı onların deportasiyasını insan haqlarına tarixi zərbə adlandırıb.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Türkiyə, Yunanıstan və Balkan ölkələri vasitəsi ilə Avropa Birliyi ölkələrinə keçməyə can atırlar.

Hazırda Türkiyədə 2 milyon 700 min Suriya qaçqını var.

XS
SM
MD
LG