Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

21 İraq xristianı geri qaytarılacaq


Çexiyada miqrantlarla bağlı etiraz aksiyası, arxiv fotosu

Çexiyada miqrantlarla bağlı etiraz aksiyası, arxiv fotosu

-

Çexiyanın Daxili işlər naziri Milan Chovanec deyir ki, hakimiyyət Çexiyada qalmaqdansa, Almaniyaya keçməyə cəhd etmiş 21 iraqlı xristianı İraqa qaytaracaq.

Aprelin 2-də 25-dək iraqlı Almaniyaya gedən avtobusa minib, ancaq sərhədi keçən kimi alman polisi tərəfindən saxlanılıb.

Çexiya dekabrda 153 iraqlı xristianı qəbul etməyə razılaşıb. Onlar İraqın İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının nəzarətində olan hissəsindən qaçıblar.

Chovanec deyib ki, 25 iraqlı çexlərin qonaqpərvərliyindən sui-istifadə edib və yeddi gün ərzində qayıtmalıdırlar. Chovanec onların necə qaytarılacağını açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG